Accessibility links

ABŞ prezidentinin müşaviri: Amerika iqtisadiyyatına ziyanı Tramp deyil, Çin vurur


ABŞ prezidentinin müşaviri Larri Kadlou bildirib ki, Amerika iqtisadiyyatına ziyanı Tramp deyil, Çin vurur.

O, Tramp administrasiyasının Çinlə bağlı son ticarət ölçülərinin bazarlar və ya sənayelərin heç bir sahəsinə qarşı sanksiya mahiyyəti daşımadığını deyib.

Larri Kadlou bildirib ki, Amerika iqtisadiyyatına dəyən ziyanın məsuliyyəti Çinin üzərinə qoyulmalıdır.

"Bizim məqsədimiz kimisə cəzalandırmaq deyil. Məqsədimiz bazarları investisiyalara açmaq və maneələri azaltmaqdır" - deyə, müşavir müxbirlərə bildirib.

XS
SM
MD
LG