Accessibility links

Çin və Yaponiya Trampın qərarını tənqid edib


Tramp avtomobil idxalı tariflərini 25 faiz qaldırmağa çalışır

Çin və Yaponiya ABŞ prezidenti Donald Trampın avtomobil idxalının milli təhlükəsizliyə təsiri ilə bağlı təhqiqat aparılması qərarını tənqid edib.

Çinin Ticarət Nazirliyinin sözçüsü Qao Fenq müxbirlərə deyib ki, milli təhlükəsizlik qaydalarının pozulması çoxtərəfli ticarət sistemi və normal beynəlxalq ticarəti sarsıdır.

Yaponiyanın ticarət naziri Hiroşiqe Seko ABŞ-ın təhqiqatları yeni tariflərlə nəticələnərsə, bunun qlobal bazarda qarışıqlığa səbəb olacağını deyib.

Tramp avtomobil idxalı tariflərini 25 faiz qaldırmağa çalışır.

“Wall Street Journal” avtomobil sənaye mənbələrinə əsaslanaraq bildirib ki, Trampın səyləri çox güman ki, ticarət tərəfdaşları və xarici avtomobil satış mərkəzləri tərəfindən ciddi müqavimətlə qarşılanacaq.

Planın Dünya Ticarət Təşkilatı tərəfindən təsdiqlənməsi də inandırıcı deyil.

5 nəhəng avtomobil idxalçısı ABŞ-ın ən mühim tərəfdarları - Meksika, Kanada, Avropa Birliyi, Yaponiya və Cənubi Koreyadır.

XS
SM
MD
LG