Accessibility links

Saola tayfunu Çinin cənubuna doğru irəliləyir


Çin dövlət mediasının bildirdiyinə görə, Saola qasırğasının gəlişi ərəfəsində azı 121 sərnişin qatarının fəaliyyəti dayandırılıb. Çinin cənub ərazilərindəki insanlara sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib və bir sıra şəhərlər tədris ilinin başlanmasını təxirə salıb.

Dövlətin CCTV agentliyi xəbər verir ki, şimaldan cənuba gedən əsas xətlərdə, eləcə də regional şəbəkələrdə işlərin dayandırılması cümə axşamı başlayacaq və sentyabrın 6-dək davam edəcək.

Çinin Milli Meteorologiya Mərkəzi Saolanın sahilə doğru saatda təxminən 15 km sürətlə hərəkət etdiyini və cənub Quançju vilayətində quruya cümə günü günortadan sonra saatda 119 km-dən 220 km sürətlə çıxacağını bildirib.

Fırtına daha sonra şənbə gecəsi və bazar günü səhər arasında cənubdan dənizə doğru getməzdən əvvəl sahildən qərbə, Quansi bölgəsinə doğru hərəkət edəcək və tədricən zəifləyəcək.

Saolanın quruya çıxacağı gözlənilən yerə ən yaxın Guandon vilayətinin Şanvey şəhərində dərslər, nəqliyyat və əksər iqtisadi fəaliyyətlərin dayandırılmasına göstəriş verilib. Şantou, Çanvey, Jyeyan və Çaoju da daxil olmaqla, bəzi şəhərlər tədris ilinin başlamasını bazar ertəsinə qədər təxirə salıb. Regional hava limanları da fırtına dayanana qədər uçuşları dayandırıb.

Milli Meteorologiya Mərkəzi artıq potensial dağıdıcı küləklər və mümkün daşqınlarala bağlı xəbərdarlıq edib. Bəzi ərazilərə 200 millimetrə qədər yağış yağacağı gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG