Accessibility links

ABŞ Çinin superqüdrətə çevrilməsinin qarşısını almaqmı istəyir?


Şi Cinpinq bu ilin mart ayında Çinin prezidenti oldu və bu günlərdə prezident qismində Birləşmiş Ştatlara ilk səfərini etdi. Vaşinqtonun cənab Şi ilə müzakirə edəsi bir sırabir məsələləri var. Amma Pekin üçün, gündəmdə əsas məsələ ABŞ-ın Sakit Okean hövzəsinə üz tutmasıdır ki, bəziləri bunun Çinin superqüdrətə çevrilməsinin qarşısını almaq məqsədi daşıdığını düşünür.

Birləşmiş Ştatların yüksək rütbəli rəsmiləri Pekini ABŞ-ın Çini mühasirəyə almaq fikrində olmadığını inandırmağa çalışır. Hadson İnstutundan Maykl Pilsbori Pentaqonda məsləhətçidir. “Hər söhbətin başında hər kəs “bu Çin haqda deyil, burada Çin nəzərdə tutulmayıb” deyir. Problem isə budur ki, qədim Çin düşüncəsində buna “artan güdrətin hegemonlar tərəfindən qarşısının alınması” deyərdilər. Çinlilər də deyirlər: “Biz sadəlövh deyilik ki, buna inanaq,” mənim fikrimcə inanmalıdırlar.”

Digər təhlilçilər də bu fikirlə razılaşmırlar və onlar daimi inkarı qeyri-məhsuldar hesab edirlər. Vaşinqtonun Araşdırmalar Mərkəzindən, “2049 Layihəsi”-nə başçılıq edən Kelli Kuri: “Biz Çinlə bağlı nə varsa inkar etdikcə, bu daha çox şübhəyə səbəb olur. Mənim fikimcə biz düzünü deməliyik .”

Çinli Vey Cinqşenq xaricdə mühacirətdədir. O, deyir ki, nə qədər ki, Çində hakimiyyət tək partiya tərəfindən idarə olunur, ABŞ bu ölkə ilə əməkdaşlıq edə bilməyəcək. “Amerikanın ictimai və siyası sistemi sadə çinliləri cəlb etsə də, kommunist hökumət ondan çox qorxur.”

Birləşmiş Ştatlar Çini kiber-casusluqda ittiham edir və deyir ki, bu işə Çinin Şanxaydakı xüsusi hərbi bölməsi nəzarət edir.

Baş verənlər Çinin Konqresdəki imicini korlayıb. Respublikaçı konqresmen Frank Volf: “Çin bizdən intellektual əmlakımızı oğurladığı üçün Çinə qarşı belə münasibət yaranıb.”

Vaşinqton Çindən Şimalı Koreyanın son zamanlar provokasiya xarakterli addımlarının qarşısını almaq üçün nüfuzundan istifadə etməyi xahiş edib. Dövlət başçılarının görüşündən əvvəl Pxenyanın Seulla danışıqlara hazır olması haqda bəyanatını çinlilər prezident Obamaya “hədiyyə” kimi təsvir edirlər.
XS
SM
MD
LG