Accessibility links

Çinin tekstil nəhəngi ABŞ-ın kiçik şəhərinə böyük sərmayə yatıracaq [Video]


Çinin tekstil nəhəngi ABŞ-ın kiçik şəhərinə böyük sərmayə yatıracaq
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Çinin ən böyük tekstil fabriki özünün Şimali Amerikada ilk müəssisəsini Birləşmiş Ştatların Arkanzas ştatının kiçik şəhərində açmağı planlaşdırır.

Çinin “Shandong Ruyi” tekstil nəhəngi 410 milyon dollar məbləğində sərmayəni Missisipi çayının yaxınlığındakı Forrest City şəhərində, yerli işçilərin vaxtilə Yapon televizorları istehsal etdiyi zavoda yatırmağı planlaşdırır.

Şəhərin meri Larri Brayant şirkətin artıq yerli işçilərə şəhərdəki icma kollecində təlimlər keçməyə başladığını deyir. “Mənim fikrimcə, hamı bundan razıdır. Hamının gözü yoldadır. Əgər insanlara günü sabah işə çıxın desələr, minlərlə insan bu iş üçün ərizə verər.”

“Ruyi” şirkətinin lahihəsinə görə hər il Arkanzasdan 200 min pambıqla dolu bağlama alınacaq. Bu da ştatın illik yetişdirdiyi pambığın miqdarına bərabərdir.

“Arkanzas İqtisadi İnkişaf Komissiyasi”nın icraedici dikertoru Mayk Preston pambıq əkininin artırılmalı olduğunu düşünür. “Bu pul dövriyyə edib yenə də onların özünə, eləcə də onların işə götürdüyü insanlara və bu layihəyə cəlb olunanlara qayıdacaq. Pambığı becərənlər, onu fabrikə daşıyanlar, yəni hamı qazanacaq.“

Birləşmiş Ştatlardakı bəzi çinli investorlar iş etikasında fərqlərlə bağlı həmkarlar ittifaqlarında yaradılan çətinliklərlə qarşılaşır. Arkanzas ştatının qubernatoru Asa Hatçinson çinli investorların onun ştatına 2 milyarda qədər dollar yatırdıqlarını, lakin iş mədəniyyətləri arasında fərqin olduğunu deyir. “Bizim Çin sahibkarlarından və işçilərindən öyrənə biləcəyimiz şeylər var. Düşünürəm ki, çinli iş adamlarının da bizdən öyrənə biləcəyi şeylər var. Mən belə bir mübadilənin hər iki tərəf üçün faydalı olduğunu düşünürəm.”

“Delta Q” restoranının sahibi Pyer İvans deyir ki, Çindən gələn yeni rəhbərlər bu şəhərdə yaxşı qarşılanacaq. “Bu, mənim biznesimə xeyirdən başqa bir şey gətirməyəcək. Elə başqa bizneslərə də, bu gəlirin, pul axınının kiçik icmaya böyük təsiri olacaq.”

Yerli liderlər şirkətin 800 yeni iş yerinin açılması və saatı 15 dollardan yüksək olan maaş haqda vədini alqışlayır. Bu, uzun illərdir iqtisadi böhran şəraitində yaşayan yerli işçilərin maaşından demək olar iki dəfə artıqdır.

XS
SM
MD
LG