Accessibility links

Çində batan gəmidə ölənlərin sayı artır


Gəmidən 39 cəsəd çıxarılıb

Çində xilasedicilər Yanszı çayında batan gəmidən onlarla cəsəd çıxarıb.

Bazar ertəsi pis hava şəraiti nəticəsində batan gəmidən indiyədək sadəcə 14 nəfər xilas olunub. Digərlərinin xilas olunacağına isə ümidlər azalır.

Rəsmi Sinhua xəbər agentliyi cümə axşamı bildirib ki, rəsmilər aşmış kruiz gəmisinin gövdəsini kəsdikdən sonra daha 39 cəsəd tapıblar. Beləliklə ölənlərin sayı 65 olub.

Çərşənbə günü bir çox ailə üzvü polisin barrikadasını keçərək qəza yerinə gedib, itkin düşən qohumları barədə məlumat tələb ediblər.

Çin rəsmiləri qohumlara hadisə yerini cümə günü ziyarət etməyə icazə verəcəklərinə söz veriblər.

Əksəriyyəti yaşılı olmaqla, 400-ə yaxın sərnişin itkin olaraq qalır.

XS
SM
MD
LG