Accessibility links

Çinin casus hava şarı Atlantik okean üzərində vurulub


Şənbə günü Çinin casusluqda şübhəli bilinən hava şarı Atlantik okeanı üzərində uçarkən vurulmadan əvvəl ABŞ-ın şərq sahili üzərindən keçib. Yerli hakimiyyət orqanları mülki şəxslərə hava şarına tüfənglə atəş açmamaları barədə xəbərdarlıq edib.

Proqram mühəndisi və fırtına təqibçisi Brayan Brenç şar vurulmadan bir neçə saat öncə Şimali Karolinanın qərb hissəsi üzərində uçan hava şarın fotoşəkillərini çəkib.

O, yumru ağ şardan asılmış uçuş yükünü görə bilib ki, rəsmilər onun üç məktəb avtobusu böyüklüyündə olduğunu deyib.

Hava şarı şənbə günü Şimali Karolina sahili yaxınlığında vurulub və qalıqlarını ələ keçirmək üçün əməliyyat başladılıb. Bayden administrasiyası daha öncə yerdəki insanlara risk yaratması ehtimalı səbəbindən hava şarını vurmaqdan çəkinmişdi.

“Mən onu Montana üzərində ikən vurmamalarına təəccübləndim,” Brenç deyib.

Hava şarının Cənuni Karolinanın şimalında, o cümlədən Qrinvil və Spartanburq, eləcə də Şimali Karolinada Şarlot üzərində görüldüyünə dair məlumatlar var.

Manevr edə bilən hava şarı bu həftənin əvvəlində Alyaska üzərindən ABŞ hava məkanına daxil olub və rəsmilər bunu cümə axşamı,Montana ştatının Billinqs hava limanında kommersiya uçuşları müvəqqəti olaraq dayandırıldıqdan bir gün sonra və yerdəki insanlar hava şarının səmada hərəkət etdiyini gördükdən sonra etiraf ediblər

Çin onun hava tədqiqatı gəmisi olduöunu bildirib. ABŞ rəsmiləri isə bu iddianı rədd edərək, onun Montana ştatında nüvə raketlərinin saxlandığı ərazilər üzərində uçduğunu bildirib.

Konqresdə Respublikaçılar hava şarını Montana ştatının kənd əraziləri üzərində vurmamaq qərarını tənqid edərək, bunum Bayden admimistrasiyasının zəifliyinə işaeə etdiyini bildiriblər.

Lakin Şimali Karolina sərhədi yaxınlığında yerləşən Cənubi Karolina ştatının York mahalının şerifinin ofisi şarı özbaşına vurmağa çalışanlara bunu etməmələrini tövsiyə edib.

“Onu vurmağa çalışmayın. Sizin tüfənginizin mərmiləri ona çatmayacaq. Məsuliyytli olun. Yuxaeı güdən hər şey aşağı düşəcək, o cümlədən sizin güllələriniz.”

XS
SM
MD
LG