Accessibility links

Beynəlxalq ictimaiyyət çinli dissidentin ölümünü böyük təəssüf hissi ilə qarşılayıb


İnsan haqları qrupları və Nobel komitəsi çinli dissident Liu Şiaobonun ölümünü böyük təssüf hissi ilə qarşılayıb.

Norveçin Nobel komitəsi təəssüfünü ifadə etməklə yanaşı, Çin hökumətinin onun ölümünə görə ciddi məsuliyyət daşıdığını bildirib.

ABŞ dövlət katibi Reks Tillerson Çini Liu Şiaobonun xanımını ev dustaqlığından azad etməyə çağırıb.

Norveçin Nobel komitəsinin o zamankı rəhbəri Thorbyoern Yagland Li Şiaobonun Nobel Sülh mükafatına layiq görüldüyü zaman dissidentin boş kürsüsünə baxır
Norveçin Nobel komitəsinin o zamankı rəhbəri Thorbyoern Yagland Li Şiaobonun Nobel Sülh mükafatına layiq görüldüyü zaman dissidentin boş kürsüsünə baxır

“Mən Çin hökumətini Liu Şianı ev dustaqlığından azad etməyə və onun istəyinə uyğun olaraq Çini tərk etməsinə icazə verməyə çağırıram”, Tillerson bildirib.

ABŞ dövlət katibi bu çağırışla Nobel mükafatı laureatının öldüyü haqda xəbərlərdən bir neçə saat sonra çıxış edib.

Çin onun çəkdiyi həbs cəzaları deyil, bizim ehtiramımız və heyranılığımıza layiq olan nümunəvi bir insanı itirib.
Terri Branstad

Çinli ədəbi tənqidçi, dissident və demokratiya tərəfdarı Liu Şiaobo qara ciyər xərçəngi xəstəliyindən uzun müddətdir əziyyət çəkdikdən sonra cümə axşamı günü 61 yaşında dünyasını dəyişib.

“Mən dövlət katibi Tillersona qoşularaq, həyatını demokratiya və istiqlaliyyət uğrunda mübarizəyə həsr etmiş mübariz insan haqları müdafiəçisi Liu Şiaobonun ölümü ilə bağlı dərin kədərimi ifadə edirəm”, ABŞ-ın Çindəki səfiri Terri Branstad bildirib.

“Çin onun çəkdiyi həbs cəzaları deyil, bizim ehtiramımız və heyranılığımıza layiq olan nümunəvi bir insanı itirib”, səfir bildirib.

Amerika səfiri Çini dissidentin xanımı Liu Şianı ev dustaqlığından azad etməyə və onun ailəsi ilə ölkəni tərk etməsinə icazə verməyə çağırıb.

Norveçin Nobel komitəsinin rəhbəri Liu Şiaobonun ölümünə görə Çin hökumətinin məsuliyyət daşıdığını bildirib.

“Biz Liu Şiaobonun xroniki xəstə olmazdan əvvəl lazımi tibbi müalicə almaq üçün tibbi müəssisəyə köçürülməməsini dərin narazılıq hissi ilə qarşılayırıq. Çin hökuməti onun vaxtsız ölümünə görə ciddi məsuliyyət daşıyır ”, Beri Reiss-Andersen açıqladığı bəyanatda bildirib.

XS
SM
MD
LG