Accessibility links

Çinli hüquq müdafiəçisi təqsirli olduğunu bildirib


Çinli insan hüquqları müdafiəçisi Şi Yanq gözlənilmədən həbsdə olduğu müddətdə işgəncəyə məruz qalması haqda məlumatları təkzib edərək, hökümətə qarşı qanunsuz fəaliyyət göstərməsi ittihamlarında təqsirli olduğunu bildirib.

Şi bu hadisənin ətrafdakılara nümunə olmalı olduğunu, onların Qərb tərəfindən istifadə edilməsi və Çin qanunları çərçivəsindən kənara çıxmalarına yol verilməməli olduğunu bildirib.

Şi 2015-ci ilin iyul ayında həbs edilib. O həmin vaxt həbs edilmiş tənqidçilərin hüquqlarını müdafiə edən 300 hüquqşünasdan biri idi.

ABŞ Dövlət Departamenti verdiyi bəyənatda Şinin sağlamlığı ilə bağlı narahat olduqları və onun ifadələrin təzyiq altında verildiyinin göründüyünü bildirib. Bəyənatda həm də, bütün hüquq müdafiəçilərinin azadlığa buraxılması çağırışı yer alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG