15 il sürən araşdırmalardan belə bir qənaətə gəlinib ki, hamiləlik dövründə karbon hisi konsentrasiyaları ilə nəfəs alan qadınların dünyaya gətirdikləri uşaqların çəkisi normadan aşağı və onların gələcəkdə ciddi xəstəliklərə məruz qalma ehtimalı yüksək olur.
Araşdırmalarda iştirak edən San-Fransisko Universitetinin alimləri deyir ki, körpələrin çəki baxımından artmamasına insan tükünün enindən də kiçik olan miskopropik tozcuqlar səbəb olur.
Amerikada təmiz hava qanunlarına görə, hislərin həcmi 2.5 mikronu aşmamalıdır. Bu isə bir kub metr havada 12 mikroqram konsentrasiya deməkdir.
Çinin paytaxtı Pekinin bir kub metr havasında 700 mikroqram konsentrasiya aşkar edilib.
Cənubi Amerika şəhərlərində də bu göstərici təhlükəli dərəcədə olub.