Accessibility links

İsa Məsihin əshabələrinin yaşadığı şəhər aşkar edilib [Video]


Yaxın Şərqin qədim tarixini öyrənmək üçün o qədər də dərinə getmək gərək deyil, bəzi arxeoloji tapıntılar İncildəki hekayələr haqda məlumat verir. İsrail arxeoloqları Xristian ənənələrinə əsasən İsa Məsihin əshabələrindən üçünün yaşadığı Roma imperiyası dövrünə aid itmiş şəhəri aşkar etdiklərinə inanır.

Bu gün Qaliley dənizi dincəlmək üçün məşhur yerlərdən biridir. İki min il əvvəl isə bu kiçik, balıqçı kəndi İsa Məsihin tələbələri Piter, Endryu və Filipin dogma yurdları olub.

Xristianların İncil kitabında bu yer Betseyda adlanır. Yəhudi tarixçisi İosif Flaviusun dediyinə görə, kral Filip Herod bizim eradan əvvəl 30-cü illərdə bu şəhəri Culias adlandıraraq, onu Roma imperiyasının tərkibinə daxil edib.

Əl-Arac kimi tanınan qazıntılar zamanı aşkar edilən tapıntıların Bizans dövrünə aid olduğu məlum olub. Daha sonra arxeoloqlar Roma imperiyası dövründə I-lə III-cü əsrlərə aid qatlar aşkar edib. Kinneret Akademiya Kollecindən Mordehay Aviam: “Qazıntılar aparıldığı zaman biz Bizans dövrü, Roma imperiyasına aid qatlarda saxsı qablar və qızıl sikkələr aşkar etdik. Daha dərin qatlarda isə biz hamam divarlarına bənzər divarlar aşkar etdik. Roma imperiyası dövrünə aid hamamın olması isə həmin yerdə kənd deyil, şəhərin olduğu deməkdir. Bu, Əl-Aracın İsa Məsihin şagirdlərinin yaşadığı Batseyda, yəni Culias şəhəri olduğunu təsdiq edir.”

Bu iddialari isə qazıntılar zamanı aşkar edilən mozaika qalıqları təsdiq edir. Belə ki, bu mozaikalar burada kilsə olduğuna işarədir və belə bir kilsənin VIII əsrdə Betseydada olduğu guman edilir.

Beləliklə, belə bir qənaətə gəlinib ki, Qalileya dənizi yaxınlığında aşkar edilən bir neçə yer qədim şəhərə aid ola bilər və gələcəkdə Əl-Aracda aparılacaq qazıntılar İsa Məsihin tələbələrinin bu şəhərdə yaşayıb-yaşamadıqları haqda daha çox məlumat əldə edilməsinə yardım edə bilər.

XS
SM
MD
LG