Accessibility links

Vaşinqtonda Rusiya-ABŞ əlaqələrinin gələcəyi müzakirə edilir


Vaşinqtonda Rusiya-ABŞ əlaqələrinin gələcəyi müzakirə edilir
Vaşinqtonda Rusiya-ABŞ əlaqələrinin gələcəyi müzakirə edilir

Harvard Universitetinin Hökumət departamentinin rəhbəri Timoti Kolton isə özünün də daxil olduğu işçi qrupun hazırladığı ABŞ-Rusiya əlaqələrinin gələcəyinə həsr olunan “Post-Sovet Avrasiyasında ABŞ-Rusiya əlaqələri: “Bərabər mənfəət” siyasətinə keçid” hesabatının ilk buraxılışını konfrans iştirakçılarına təqdim edib

Corc Vaşinqton Universitetinin Elliott adına Beynəlxalq Əlaqələr məktəbində Ponars Avrasiyanın təşkilatçılığı ilə “Post-Sovet Avrasiyasında ABŞ-Rusiya əlaqələri: “Bərabər mənfəət” siyasətinə keçid” mövzusunda konfrans keçirilib. Konfransın aparıcısı Corc Vaşinqton Universitetinin Beynəlxalq Əlaqələr üzrə Elliott məktəbinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cori Velt bildirdi ki, ABŞ-la Rusiya arasında “Reset” siyasətinin uğurlu olmasına baxmayaraq, ölkələr arasında əlaqələrdə başlıca məsələlərdə gərginlik qalmaqdadır.

Harvard Universitetinin Hökumət departamentinin rəhbəri Timoti Kolton isə özünün də daxil olduğu işçi qrupun hazırladığı ABŞ-Rusiya əlaqələrinin gələcəyinə həsr olunan “Post-Sovet Avrasiyasında ABŞ-Rusiya əlaqələri: “Bərabər mənfəət” siyasətinə keçid” hesabatının ilk buraxılışını konfrans iştirakçılarına təqdim etdi. O bildirdi ki, hesabatı hazırlayan işçi qrupa Vaşinqtondakı Amerika İnkişaf Mərkəzindən Samuel Çarap və Moskva Dövlət Universiteti Beynəlxalq Əlaqələr Departamentindən Mixail Troitskiy daxildir.

Amerika İnkişaf Mərkəzinin Rusiya və Avrasiya məsələləri üzrə direktoru Samuel Çarap hesabatda yer alan məsələlərə nəzər saldı. O, ABŞ-Rusiya arasında əlaqələrin gələcəkdə inkişaf etməsi üçün hesabatda təqdim olunan tövsiyələri auditoriyanın nəzərinə çatdırdı.

Ekspertin sözlərinə görə, ilk vacib addım regionda hər iki tərəfi narahat edən siyasət və fəaliyyətlərə dair həm Rusiya, həm də ABŞ-ın daha şəffaf yanaşma göstərməsidir. O bildirdi ki, şəffaflıq ənənəsi üçün cığır formalaşandan sonra rəsmi Moskva və Vaşinqtonun müntəzəm olaraq regional məsələlər üzrə işçi qruplar səviyyəsində məsləhətləşmələrə başlaması vacibdir: “Vaşinqton və Moskva ictimai ritorikalarını uyğunlaşdıraraq ikitərəfli əlaqələr və region xalqları ilə əlaqələr üçün öz mənfəətlərini azalda bilər. Bütün hallarda onların ritorikaları bu ölkələrin siyasət obyektivlərini sual altına alır”.

Ekspertin fikrincə Moskva və Vaşinqtonda siyasət müəyyən edənlər daxili siyasi mühitdə formalaşan stimul və məhdudiyyətləri daha yaxşı anlamağa çalışmalıdırlar.

“Hər iki ölkənin rəsmiləri xoşniyyəti yanaşma ifadə etməlidirlər. Ən vacibi isə bu ölkələr rəsmən Post-Sovet Avrasiyasına dair ciddi fikir ayrılıqlarının olmamasını əhaliyə açıqlamalıdırlar. Bu prosesin müsbət təsirləri ola bilər”-deyə cənab Çarap bildirdi.

Vaşinqtonda Rusiya-ABŞ əlaqələrinin gələcəyi müzakirə edilir
Vaşinqtonda Rusiya-ABŞ əlaqələrinin gələcəyi müzakirə edilir
Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin professoru Mixail Troitskiy isə hesabatdakı məsləhətlər arasında belə bir təklifin olduğunu da bildirdi: “Hər iki hökumət həmçinin maraq qruplarının, bürokratik oyunçuların və maliyyə müəssisələrinin yürütdüyü siyasətin təsirindən xəbərdar olmalıdır. Ancaq bu hökumətlər üçün o qədər da asan addım olmayacaq”.

Konfransın sual–cavab hissəsində ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans və Cənubi Qafqaz üzrə tədqiqatçı Tomas De Val da çıxış etdilər.

XS
SM
MD
LG