Accessibility links

Vaşinqton Post: CIA Trampın qələbəsinə Rusiyanın kömək etdiyinə inanır


 President Barack Obama speaks during a summit on cybersecurity and consumer protection, Feb. 13, 2015, at Stanford University in Palo Alto, Calif.
President Barack Obama speaks during a summit on cybersecurity and consumer protection, Feb. 13, 2015, at Stanford University in Palo Alto, Calif.

ABŞ prezidenti Barak Obama kəşfiyyat şəbəkəsinə "2016-cı il prezident seçkilərinı müdaxilə məqsədi daşıyan hakinq əməliyyatları" iddialarının tam nəzərdən keçirilməsinə dair göstəriş verib.

Onun dünənki bəyanatından sonra iki ABŞ qəzeti — The New York Times The Washington Post bildirblər ki, Rusiya Donald Trampın qələbəsinə kömək etmək üçün son prezident seçkilərinə müdaxilə edib.

İndi bizdə yüksək əminlik var ki, onlar DNC və RNC-ni hak edərək sənədləri aydın şəkildə açıqlayıblar.
Obama administrasiyasının rəsmisi

The Times yazdığına görə, ruslar həm Respublikaçıkarın Milli Komitəsinin, həm də Demokratların Milli Komitəsinin kompyuterlərinə hak edib. Ancaq yanız demokratlar materialların zərər gördüyünü açıqlayıb.

Prezident seçkiləri yaxınlaşdıqca Demokratlar komitənin emaillərinin sızdırılması ilə çətin vəziyyətə düşmüşdü. The Times yazır ki, kəşfiyyat agentlikləri demokratların sənədlərinin "WikiLeaks"-ə rusların vermədiyi qənaətinə gəlib.

"İndi bizdə yüksək əminlik var ki, onlar DNC və RNC-ni hak edərək sənədləri aydın şəkildə açıqlayıblar". Bu sözləri Obama administrasiyasının adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi The Times qəzetinə açıqlaması zamanı deyib.

Hillari Klintonun seçki kampaniyasının meneceri Con Podesta
Hillari Klintonun seçki kampaniyasının meneceri Con Podesta

The Times-ın məlumatına görə, ABŞ kəşfiyyat rəsmilərinin kiber-hücumlara görə məsuliyyət daşıdığını söylədiyi fərdi rusların kimliyi müəyyən edilsə də, onlardan heç biri cəzalandırılmayıb.

The Washington Post isə yazır ki, Mərkəzi Kəşfiyyat Agentliyi Rusiyanın Trampın qələbəsinə kömək etmək üçün seçkilərə müdaxilə etdiyinə inanır. Qəzet bu barədə dünən ətraflı məqalə dərc edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG