Accessibility links

Mərkəzi Kəşfiyyat Agentliyi Senatdakı kompyuterlərə müdaxilə edilmədiyini bildirir


Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Brennan agentlik tərəfindən ABŞ Senatının Kəşfiyyat komitəsinin Buş dövrü terrorçuların dindirilməsi proqramının araşdırıldığı kompyuterlərə müdaxilə edilmədiyini deyib.

Con Brennan Kəşfiyyat komitəsinin sədri, demokrat senator Dayan Faynşteynin ABŞ Senatında dinləmə zamanı agentliyə qarşı ittihamlar irəli sürməsindən sonra verdiyi açıqlamada bu iddiaları rədd edib.

Dayan Feinsteyn deyib ki, Mərkəzi Kəşfiyyat Agentliyinin mümkün fəaliyyəti ABŞ Konstitusiyasında hakimiyyətin Konqres və federal hökumətin prezidentin nəzarətində olan icraedici strukturu arasında bölünməsini nəzərdə tutan qanunun pozulması deməkdir.

Mərkəzi Kəşfiyyat Agentliyi öz kompyuterlərini agentlyin işgəncələrə yol verməsi ilə bağlı milyonlarla səhifədən ibarət məxfi sənədi nəzərdən keçirmək üçün təhqiqat aparan Senatın komitəsinə təqdim edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG