Accessibility links

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: 2024-cü ilin sonuna qədər Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyət riski var


Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru cümə axşamı "2024-cü ilin sonuna qədər Ukraynanın Rusiyaya qarşı müharibədə uduzma riski" olduğu barədə xəbərdarlıq edib.

Dallas şəhərindəki Corc Buş Prezident Mərkəzi-ndə (W. Bush Presidential Center) çıxış edən Uilyam Börns Ukraynaya əlavə yardımı saxlayan ABŞ qanunvericilərinə "Ukraynanın silah-sursatı və onlara yardım etmək üçün vaxtımız tükənib" deyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru "ABŞ Konqresinin əlavə yardımı ilə ukraynalılar 2024-cü ildə döyüş meydanında öz mövqelərini saxlaya, Krıma və Qara Dəniz Donanmasına ziyan vurmağa davam edə bilərlər" deyə, bildirib.

Börnsün sözlərinə görə, yardım olmadan, "vəziyyət daha dəhşətli" olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gecə çıxışında deyib ki, hərbçilər bu ay 10 ədəd "Bohdana” haubitsa istehsal etməyə hazırlaşır. Ölkənin müdafiə materialları istehsalına görə "Bu, yaxşı nəticədir" deyib prezident.

Ukrayna rəsmiləri dəfələrlə müttəfiqlərini Rusiyanın pilotsuz təyyarələri və raket hücumlarından qorunmaq üçün əsasən də hava hücumundan müdafiə sistemləri olmaqla, daha çox hərbi dəstəklə təmin etməyə çağırıb.

Forum

XS
SM
MD
LG