Accessibility links

Britaniya baş naziri "Cihadçı Con"un şəxsiyyəti ilə bağlı şərh verməkdən imtina edib


ABŞ kəşfiyyat rəsmiləri onun Küveyt əsilli Məhəmməd Əmvazi olduğunu təsdiqləyib

Britaniya baş naziri Devid Kameron xəbərlərdə "Cihadçı Con" kimi tanınan Qərbi Londonlu kompüter proqramçısı kimi müəyyən edilən İslam Dövləti militantının şəxsiyyətini təsdiq etməkdən imtina edib.

Militantın həqiqətən də Küveyt əsilli Məhəmməd Əmvazi olduğu ilə bağlı suala cavab olaraq cənab Kameron hər hansı xüsusi faktla bağlı rəy bildiriməyəcəyini, ancaq Britaniyanın təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün lazımi hər bir şeyi etdiyini deyib.

“Britaniya vətəndaşlarına qarşı dəhşətli və ağır cinayət törədən insanları tapıb, cəzalandırmaq üçün biz polis və təhülkəsizlik xidməti ilə birgə əlimizdən gələn hər bir şeyi edəcəyik. Bu mənim üçün birnömrəli prioritetdir”, deyə Kameron Uelsdən bildirib.

Cümə axşamı ABŞ kəşfiyyat rəsmiləri girovların başlarının kəsilməsini göstərən bir sıra videoda yer alan şəxsin həqiqətən Əmvazi olduğunu təsdiq edib.

Britaniya təhlükəsizlik rəsmisi New-York Times qəzetinə verdiyi məlumatda Əmvazinin şəxsiyyətinin bir müddət əvvəl müəyyən edildiyini, lakin Londonun onun adını təhlükəsizlik səbəblərindən açıqlamadığını bildirib.

XS
SM
MD
LG