Accessibility links

Barak Obama: Biz irqçiliyin olmadığını deməklə heç bir imtiyaz əldə etmirik


ABŞ prezidenti Barak Obama Çikaqoda 4 qaradərilinin əqli problemləri olan ağdərili gəncə işgəncə verdiyi nümayiş etdirilən videoya münasibət bildirərkən deyib ki, irqçilik, ayrı-seçkilik və nifrət ailə və icmalara mənfi təsir göstərir.

Yarım saata yaxın gəncə işgəncə verildiyi göstərilən videonun yayılmasından sonra həmin 4 şəxsə qarşı nifrət zəminində cinayət işi qaldırılıb.

Biz nifrət və irqçiliyin olmadığını deməklə, bu haqda danışmamaqla heç bir imtiyaz əldə etmirik

"Biz nifrət və irqçiliyin olmadığını deməklə, bu haqda danışmamaqla heç bir imtiyaz əldə etmirik. Bunların mövcud olduğu faktı onların həll edilə biləcəyi deməkdir"- deyə ABŞ dövlət başçısı bildirib.

İllinois ştatının Kuk rayonunun prokurorluğu 18 yaşlı Cordan Hill, Brittani Kovinqton, Tesfaye Kuper və 24 yaşlı Tanişia Kovinqtona qarşı insan oğurluğu ittihamı da irəli sürüb.

Videoda 4 qaradərilinin təkrar-tərkrar ağzı və əlləri bağlı gənci bıçaqladığı nümayiş etdirilir. Hücumçuların Donald Tramp haqda nalayiq ifadələri də eşidilir. Onlar qurbanlarını Trampı söyməyə də vadar edib.

Gəncin ikiyə bükülmüş şəkildə yol gedərkən polis tərəfindən aşkarlanmasından əvvəl onun 24-lə 48 saat ərzində hücumçular tərəfindən sanlandığını bildirilir.

O, polis tərəfindən xəstəxanaya çatdırıldıqdan sonra yaxınlıqdakı bölgədə itkin düşdüyü barədə polisə məlumat verildiyi aşkarlanıb.

O, hücumçulardan birinin sinif yoldaşı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG