Çili polisi və yerli medianın bildirdiyinə görə, ölkənin paytaxtı Santiaqonun San Migel həbsxanasında baş verən yanğıın nəticəsində 81 nəfər ölüb. Çilinin dövlət televiziyası bu gün yanğının baş verdiyi həbsxana binasından qalxan tüstünü nümayiş etdirmişdir.
Yanğının hansı səbəbdən baş veridyi və qurbanların necəsinin məhbus olduğu barədə məlumat verilmir. Həbsxanada 800 nəfər məhbusun olduğu deyilir ki, bu da həddən artıq çoxdur.