Accessibility links

ABŞ-ın birinci xanımı Cill Bayden Yaponiyadadır


Tokio Olimpiadasında Amerika diplomatik heyətinə rəhbərlik edən ABŞ-ın birinci xanımı Cill Bayden Yaponiyadadır.

Oyunlar koronavirus pandemiyası səbəbindən bir il təxirə salınmış, lakin hələ də onun kölgəsi altındadır.

Xanım Bayden Yaponiyanın xarici işlər naziri tərəfindən qarşılandığı Yokota Hava Bazasına çatdıqdan sonra Baş nazir Yoşihide Suqa və həyat yoldaşı Mariko Suqa ilə Akasaka Sarayında planlaşdırılan axşam yeməyində iştirak edib.

Cümə günü onun İmperator Sarayında İmperator Naruhito ilə görüşü planlaşdırılır.

Lakin bundan əvvəl birinci xanımın Team USA ilə virtual görüşü gözlənilir.

Bayden iki nəfərlik nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. Ona səfir olmadığına görə səfirliyin müvəqqəti işlər vəkili vəzifəsini icra edən Raymond Qrin qatılacaq.

Associated Press xəbər verir ki, Tokioda koronavirus infeksiyaları çərşənbə günü altı ayın ən yüksək səviyyəsinə çatıb.

Pandemiyaya görə şəhərdə dördüncü dəfə fövqəladə vəziyyət elan edilib.

Olimpiada avqustun 8-də bitəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG