Accessibility links

Cim Mattis Türkiyəni təmkinə çağırır, İndozeniya ilə daha yaxın əməkdaşlıq etmək istəyir [Video]


Cim Mattis Türkiyəni təmkinə çağırır, İndoneziya ilə daha yaxın əməkdaşlıq etmək istəyir
please wait

No media source currently available

0:00 0:02:01 0:00

ABŞ ordusu terrora qarşı mübarizə sahəsində İndoneziya ilə əməkdaşlığını artırmaq istəyir. ABŞ müdafiə naziri Cim Mattis cənub-şərqi Asiya dövlətləri ilə əlaqələri gücləndirmək və Çinin nüfuzunun qarşısını almaq məqsədilə regionda səfərdədir.

Afrində artan şiddət Suriyanın nisbətən sabit regionunda sabitliyi pozur. Bu hücum diqqəti İŞİD-i həmişəlik məğlub etməyə qarşı yönəlmiş beynəlxalq səylərdən yayındırır. İŞİD və əl-Qaidə isə bu vəziyyətdən istifadə edib təhlükəsiz sığınacaqlar yarada və yenidən təchizatlar əldə edə bilərlər. Bu vəziyyət həmçinin humanitar böhranı da dərinləşdirir
Sara Hakabi-Sanders

Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis indoneziyalı həmkarına deyib ki, ABŞ ordusu onların Kopassus xüsusi qüvvə bölməsi ilə əməkdaşlıq etmək istəyir. Mattis deyib ki, bir zamanlar işgəncə və digər hüquq pozuntularında ittiham olunan qrup artıq islahatlar aparıb və terrora qarşı mübarizəyə yardım edə bilər.

“Biz İndozeniyanın terrora qarşı mübarizə çağırışlarına cavab veririk və bu mübarizəyə terrora qarşı mübarizə aparan xüsusi qüvvəni cəlb etmək istəyirik, çünki biz bilirik ki, günahsız insanları qorumağa çalışarkən biz onlardan çox şey öyrənə bilərik və bu böyük problemi həll etmək üçün birlikdə işləməliyik,” deyə Mattis bildirib.

Mattisin Cakartaya səfəri İndoneziyanın ordusunu müasirləşdirmək və Çinin ərazi iddialarına qarşı müqavimət göstərmək istədiyi vaxta təsadüf edir.

Çərşənbə axşamı ABŞ müdafiə naziri diqqəti Türkiyə məsələsinə də yönəldib.

Mattis onunla birlikdə səfər edən müxbirlərə deyib ki, Türkiyənin Suriyada ABŞ-ın müttəfiqi olan kürd yarı-hərbi dəstəsi YPG -yə qarşı hücumu diqqəti İslam Dövləti terror qrupuna qarşı mübarizədən yayındır.

Bundan bir gün öncə Ağ Evin mətbuat katibi Sara Hakabi-Sanders də Türkiyəni təmkin göstərməyə çağırıb.

“Afrində artan şiddət Suriyanın nisbətən sabit regionunda sabitliyi pozur. Bu hücum diqqəti İŞİD-i həmişəlik məğlub etməyə qarşı yönəlmiş beynəlxalq səylərdən yayındırır. İŞİD və əl-Qaidə isə bu vəziyyətdən istifadə edib təhlükəsiz sığınacaqlar yarada və yenidən təchizatlar əldə edə bilərlər. Bu vəziyyət həmçinin humanitar böhranı da dərinləşdirir,” deyə o bildirib.

Türkiyə tankları
Türkiyə tankları

Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsi ABŞ-ı çıxılmaz vəziyyətə salır, çünki ABŞ terrora qarşı mübarizədə həm YPG həm də Türkiyəyə arxalanır.

“Bu, iki NATO müttəfiqi arasındakı ikitərəfli münasibətlərdə yaranan yeni əngəldir. Keçmiş administrasiyanın türklərin milli təhlükəsizliklərinə hədə olaraq görüdükləri qrupla əməkdaşlıq etmək barədə verdiyi qərarı və hazırkı administrasiyanın bu əmkdaşlığı davam etdirməsini nəzərə alsaq, bu gözlənilirdi,” deyə Corctaun Universitetindən Vael Əlzayat bildirir.

Dövlət katibi Reks Tillerson da bu həftə Fransada yüksək səviyyəli diplomatlar ilə birlikdə Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatla bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG