İyulun 20-də Azərbaycan ərazisində Xəzər dənizindəki çimərliklərdə 7 nəfər boğulub. Onlardan 4 nəfəri Bakının Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, 2 nəfər Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, 1 nəfər isə Görədil dəniz çimərliyində çimərkən boğulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, boğulmuş şəxslərin meyitləri sudan çıxarılıb, onlardan birinin meyitinin tapılması istiqamətində tədbirlər görülür.