Accessibility links

Çin ABŞ-ın Sarı Dənizdə hər hansısa təlimlərdə iştirakına etiraz etmişdir


ABŞ-ın USS Corc Vaşınqton aviasiya daşıyıcısı Cənubi Koreya ilə gələn ay Sarı Dənizdə donanma təlimlərində iştirak etməyəcək

ABŞ hərbiçiləri indi təsdiq edib ki, onun nüvə ilə gücləndirilmiş USS Corc Vaşınqton aviasiya daşıyıcısı Cənubi Koreya ilə gələn ay Sarı Dənizdə donanma təlimlərində iştirak etməyəcək. Lakin ABŞ hərbisinin Koreyadakı sözçüsü David Oten bu gün bildirib ki, böyük gəmi gələcək təlimlərdə Koreya yarımadasından təlimlərə qoşulacaq. Çin ABŞ-ın Sarı Dənizdə hər hansısa təlimlərdə iştirakına, əsasən də Corc Vaşınqtonun onun sahillərinə yaxınlaşmasına etiraz etmişdir. Çin bu bölgədə mühüm limanlara və dəniz xətlərinə malikdir. ABŞ bu gün bildirib ki, planlaşdırılmış sualtı qayıq əleyhinə təlimlər müdafiə məqsədi daşıyır və Çin deyil, Şimali Koreyaya qarşı yönəlir.

XS
SM
MD
LG