Accessibility links

Çin ABŞ gəmisinin Cənubi Çin dənizinin sularında üzməsinə etiraz edib


Çin cümə günü ABŞ döyüş gəmisinin mübahisəli Cənub Çin dənizində yerləşən süni adaya yaxınlaşmasından narazı olduğunu dilə gətirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, USS Con S.Makkeyin gəmisi Çinin və beynəlxalq hüquq qaydalarını pozaraq, Çinin suverenliyinə və təhlükəsizliyinə hədə təşkil edir.

Çin donanması ABŞ hərbi gəmisini cümə axşamı müəyyən edərək, ona xəbərdarlıq edib.

ABŞ rəsmiləri isə deyiblər ki, hərbi qüvvələr beynəlxalq hüququn şərtlərinə uyğun olaraq icazə verilən ərazilərdə üzməyə, uçmağa və əməliyyatlarını keçirməyə davam edəcək.

Cənubi Çin dənizinə demək olar bütünlükdə iddia edən Çin dövləti ərazidə əməliyyatların həyata keçirilməsinə davamlı olaraq etiraz edir.

XS
SM
MD
LG