Accessibility links

Çin prezidenti ABŞ maliyyə naziri ilə görüşüb


Çin prezidenti Xi Cinpinq Vaşinqtonla Pekinin siyasətlərində fikir ayrılıqlarının olduğunu etiraf etsə də, Çinin Birləşmiş Ştatlarla birgə işləyəcəyinə söz verib.

Cənab Xi bu sözləri bu gün Pekinin Böyük Xalq Zalında ABŞ maliyyə naziri Cek Lyu ilə görüşü zamanı deyib. Bu onun keçən həftə prezidentliyinin icrasına başlamasından bəri ilk rəsmi görüşüdür.

Cənab Lyu Çin-Amerika əlaqələrinin vacibliyini vurğulayaraq deyib ki, dünyanın iki güclü iqtisadiyyatı dünyayanın inkişafı üçün güclü, stabil və davamlı qalmağa dair xüsusi məsuliyyət daşıyır.

Maliyyə naziri Çini ticarət və investisayalar üçün maneələri azaltmağa çağırıb və deyib ki, ABŞ Çinin xarici əmtəələr üçün açıq bazara çevriləcəyinə ümid edir.
XS
SM
MD
LG