Accessibility links

Uanq Yi: Çinin Tayvanla bağlı mövqeyi müzakirə mövzusu deyil


Çinin xarici işlər naziri ABŞ-la münasibətlərdə yeni problemlər yaşanacağı deyərək, sabit əlaqələrin saxlanılmasının yeganə yolunun əsas maraqlara ehtiram göstərilməsi olduğu barədə xəbərdarlıq edib.

Nazir Uanq Yi bildirib ki, Çinin Tayvanla bağlı mövqeyi müzakirə mövzusu deyil. Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ-ın növbəti prezidenti Donald Tramp Amerikanın Tayvanla bağlı siyasətinin nəzardən keçiriləcəyini deyib.

Çinin Tayvanla bağlı mövqeyi müzakirə mövzusu deyil


Kommunist Partiyasının dilindən yazan gündəlik Xalq qəzetinə müsahibə verən nazir Tramp administrasiyası altında yeni, mürəkkəb və qeyri-müəyyən qarşılıqlı münasibətlərin əməkdalığı sarsıda biləcəyini deyib.

Çin 1979-cu ildən Amerikanın Çin hökumətini tanıması və Tayvanla qeyri-rəsmi münasibətlər qurmasından sonra Trampın ABŞ siyasətini sual etməsindən bəri narahatdır.

Trampın Tayvanla bağlı mövqeyi və Çini valyutası ilə manipulyasiyada günahlandırması dünyanın bu iki nəhəg istisadiyyatına malik olan ölkələr arasında gərginlik yaradıb.

Trampın keçid komandası Ağ Evdə ticarət siyasəti şurasına rəhbərlik edəcək, iqtisadçı Peter Navvaronun Çinin Amerikaya qarşı iqtisadi müharibə apardığını bildirdiyini açırlayıb.

Pekin özünü idarə edən Tayvanı ərazisi hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG