Accessibility links

Çin avtoritarizmi yaymaqda ittiham edilir


ABŞ qanunvericiləri və insan haqları müdafiəçiləri Çini avtoritarizmi yaymaqda və dünya ölkələrinin hökumətlərini öz vətəndaşlarının casusluğunu etməyə təşviq etməkdə günahlandırıb.

Bu ittihamlar Pekinin Tiananmen meydanında demokratiya tərəfdarı nümayişçilərə divan tutulmasının 30 illiyində irəli sürülüb.

Xarici Əlaqələr Komitəsindən demokrat Bob Menendez deyib ki, ABŞ insan haqları sahəsini daha çox müdafiə etməlidir.

Konqres paneli qarşısında ifadə verən şahidlər Çinin vətəndaşlarını fiziki, telekommunikasiya və kibernetika sahəsində izləməsi üçün texnologiyaya külli miqdarda vəsait xərclədiyini deyib.

Onlar Çinin Asiyadan Afrika və Latın Amerikasınadək hökumətləri buna təşviq etdiyini bildirib.

Respublikaçı senator Ceyms Riş isə Çini inkişaf etmiş demokratiyalardan istifadə edərək, hökumətləri ifadə azadlığından soyutmağa çalışdığında ittiham edib.

XS
SM
MD
LG