Accessibility links

ABŞ hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli adaya yaxınlaşıb


Çin Cənubi Çin dənizində mübahisəli ada yaxınlığında ABŞ hərbi gəmisinin görünməsini pisləyib, bunu «ciddi provokasiya» adlandırıb.

İyulun 2-də «USS Stethem» gəmisi Triton adasının 12 dəniz mili məsafəsinə yaxınlaşıb. Bu ada Cənubi Çin dənizindəki Parasel adalarının bir hissəsidir. Çin, Tayvan və Vyetnam bu adayla bağlı ərazi iddiaları irəli sürür.

ABŞ rəsmilərinin sözlərinə görə, adaya yaxınlaşmaqla Birləşmiş Ştatlar ərazi iddialarını tanımadığını sərgiləyib.

12 dəniz mili beynəlxalq miqyasda tanınan sərhəd limitini nümayiş etdirir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang deyib ki, ABŞ-ın əməliyyatı Çinin suverenliyini, sülh və təhlükəsizliyi pozub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG