Accessibility links

Çindən xarici vətəndaşların evakuasiyası başlanıb


Çərşənbə günü Çindən xarici vətəndaşların evekuasiyası başlanıb. Bu ölkədə koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb.

Bu gün virusun episentri Uhandan 206 Yaponiya vətəndaşı yola düşüb. 4 nəfər özünü pis hiss etdiklərini söylədikdən sonra xəstəxanaya yerləşdirilib.

Associated Press-in bildirdiyinə görə, çarter reysləri ilə çoxsaylı amerikalı Alyaskaya istiqamət alıb. Orada onlar virusla bağlı müayinədən keçib.

Artıq Çində iki dəfə müayinədən keçən 201 amerikalı Ankoricdə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən daha iki dəfə müayinə edilib.

Alyaskanın Səhiyyə və Sosial Xidmətlər Departamenti Çində təyyarəyə minməzdən əvvəl kiçik bir xəsarət alan bir sərnişinə tibbi yardım göstərildiyini bildirib.

Birləşmiş Ştatlar hökuməti Uhandan ABŞ konsulluğunun diplomatlarını və digər vətəndaşlarını çıxarmaq üçün çarter uçuş təşkil edib. Bəyanatda deyilir ki, çərşənbə axşamı gecə saatlarında Kaliforniyaya gələcək təyyarədəki sərnişinlərin əlavə müayinədən keçəcək və geri qayıtma müddəti başa çatana qədər müvəqqəti olaraq orada qalacaqlar.

Avstraliya, Yeni Zelandiya, Fransa, Rusiya və digər ölkələr həftə ərzində vətəndaşlarının ekakuasiya ediləcəyini elan edib.

Çinin səhiyyə rəsmiləri indiyədək 5900 adamın virusa yoluxduğunu bildirib. Bu göstərici 2002-2003-cü illərdə 800 nəfərin ölümünə səbəb olan SARS vurusuna yoluxanlardan qat-qat çoxdur.

Birləşmiş Ərəb Əmirlikləri Uhamdan gələn bir ailənin vurusa yoluxduğunu bildirib. Beləliklə Yaxın Şərqdə ilk yoluxma qeydə alınıb.

Yoluxma halları Avstraliya, Kanada, Almaniya, Fransa, Şri-Lanka, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, ABŞ və Vyetnamda da qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.

Bəzi ölkələr Çinə səyahətə məhdudiyyətlər tətbiq edib.

Malayziya və Konq Konq Uhandan gələnlərin ölkəyə daxil olmasını yasaqlayıb. Bütün dəmir yolları və gəmilərin hərəkəti dayandırılıb.

Monqolustan Çinlə sərhədini bağlayıb.

XS
SM
MD
LG