Accessibility links

Çin hökumət Nobel mükafatı ilə bağlı qəzəbini ifadə edib


Çin hökumət Nobel mükafatı ilə bağlı qəzəbini ifadə edib
Çin hökumət Nobel mükafatı ilə bağlı qəzəbini ifadə edib

Çin hökuməti həbsdə olan dissident Liu Şiaoboya Nobel mükfatı təqdim olunması ərəfəsində beynəlxalq rəyə qarşı müqavimətini davam etdirir. Xarici işlər nazirliyinin sözçüsü Cianq Yu Pekində keçirilən brifinqdə deyib ki, demokrat fəalın azad edilməsi üçün Çin təzyiqlərə boyun əyməyəcək. İnsan haqları müdafiəçiləri cümə günü Osloda keçiriləcək Nobel təqdimatı mərasimi ərəfəsində bir-birinə qarşı mübarizə aparırlar. Çin Nobel təqdimatında iştirak etməmək üçün bir sıra dövlətlərə müraciət edib. Çinin müraciətinə uyğun olaraq mərasimə qatılmayacaq ölkələr siyahısına qoşulan ölkələrdən sonuncusu Filippindir. İndiyədək 18 ölkə Çinin müraciətinə müsbət cavab verib. 44 ölkə isə mərasimdə iştirak edəcəklərini bildirib.

XS
SM
MD
LG