Accessibility links

Çin iki Kanada vətəndaşına rəsmən ittihamlar irəli sürüb


Çin ötən ildən nəzarət altında olan iki Kanada vətəndaşına rəsmən ittihamlar irəli sürüb. Onlar dövlət sirlərinin oğurlanmasında günahlandırılır. Bu addım iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq bildirib ki, Maykl Kovriq və Maykl Spavorin həbsi barədə qərarı bu gün Pekində keçirilən brifinq zamanı bəyan edib. O, həbslərin Çin qanunlarına uyğun şəkildə həyata keçirildiyini deyib. Lu bildirib ki, Çin Ottavanın məsuliyyətsiz şərhlər verməyəcəyinə ümid edir.

Pekinin bəyanatından bir neçə saat sonra Kanadanın Xarici İşlər Nazirliyi arbitrar adlandırdığı həbsləri kəskin tənqid edib və həmin şəxslərin dərhal azad edilməsinə çağırıb.

Kovriq və Spavor dekabr ayında Çinin milli təhlükəsizliyə hədə olan fəaliyyətlər şübhəsi ilə nəzarət altına alınıb.

Bu, Çinin texnoloji nəhəngi Huawei maliyyə direktoru Menq Uanzoun həbsindən sonra atılan addımdır.

Kanada polisi Menqi ABŞ-ın müraciəti ilə dekabrda həbs edib. Huawei-nin təsisçisi Ren Janqfe rəsmi olaraq bank fırıldaqçılığı, pul köçürmələrində fırıldaqçılıq və konspirasiya ittihamları ilə həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG