Accessibility links

Çin dövlətin internetə nəzarətini təmin edəcək beynəlxalq qanun lahiyəsi hazırlayır


Çin kiberhücumlar və kiberterrorizmlə mübarizə üçün dövlətin internet üzərindəki nəzarətini təmin edəcək beynəlxalq qanun layihəsi üzərində işləyir.

Pekin torpaq və dəniz üzərində olan müstəqillik ideyasını kiberməkana da aid etməyə çalışır.

Hal-hazırda dünyanın bir çox ölkələrinin kiberhücumlarla bağlı narahatlıqları var. Kiberməkan hər hansısa bir qanunun məkanı olmamalıdır.
Long Zhou

Pekin fərqli ölkələri beynəlxalq əməkdaşlıq üçün necə bir araya gətirəcəyi ilə bağlı ilk yazılı məruzə yayımlayıb.

Əsas idea dövlətin kiberməkanda gücünün artırılması və həmçinin bu sahədə özəl sektorun rolunun azaldılmasıdır.

‘‘Hal-hazırda dünyanın bir çox ölkələrinin kiberhücumlarla bağlı narahatlıqları var. Kiberməkan hər hansısa bir qanunun məkanı olmamalıdır’’ - Xarici İşlər Nazirliyinin Kiber işlər üzrə kordinatoru Long Zhou bu sözləri keçdiyimiz həftə Çinin mövzu ilə bağlı ‘Kiberməkanda Beynəlxalq Strategiya Əməkdaşlığı’ məruzəsini ictimaiyətə təqdim etdiyi zaman bildirib.

Analitiklər bunu Çinin senzura ideyasının dünyanın böyük bir hissəsinə genişlətməyi nəzərdə tutan möhtəşəm bir plan kimi qiymətləndirir.

Çin internetin vahid mərkəz tərəfindən nəzarət edilməsinə və Google, Facebook, Twitter kimi bir çox xarici xəbər platformalarının Çində istifadəsinə icazə verilmədiyinə görə bəzi inkişaf etmiş ölkələr tərəfindən tənqid olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG