Çinin cənub Quanqdonq vilayətində körpü çöküb, Maşınlar çaya düşüb. Təhlükəsizlik kameralarında iki maşının çaya düşdüyü görünür.
İki nəfərin itkin düşdüyü bildirilir.
Yeli media onlardan birinin sport tipli maşının sürücüsü-kişi, digərinin isə taksidə gedən qadın sərnişin olduğunu bildirib.
Taksi sürücüsü qadını xilas etməyə cəhd etsə də buna nail ola bilməyib və təşvişə düşərək maşını tərk edib.
1972-ci ildə inşa edilən 420 metrlik körpünün çöküşünə dair istintaq aparılır.