Çinlə gərginliklərin artdığı bir vaxt Obama administrasiyası Dünya Ticarət Təşkilatı qarşısında Pekinlə bağlı məsələ qaldırıb. ABŞ rəsmilərinin bildirdiyinə görə, Pekinə qarşı təzyiqlər Amerika fermerlərinin Asiya ölkələrini düyü, taxıl və qarğıdalı ilə təminatının məhdudiyyətləri ilə bağlıdır.
Administrasiya Çinin aşağı tariflərlə bağlı öhdəliklərinə əməl etməsini istəyir. Çin DTT-na qoşulduqda bütün şərtlərlə razılaşmışdı.
İxrac edən ölkələr o vaxt məhsulların aşağı tariflərlə ixracının mümkün olmadığından şikayətlənmişdi. Amerikanın ticarət rəsmiləri Çinin sistemini qeyri-şəffaf və ədalətsiz adlandırır.
ABŞ-ın bu şikayəti Çinlə münasibətlərdə gərginlik yaşandığı bir vaxta təsadüf edir.
Belə ki, Çinin ticari fəaliyyətlərinin kəskin tədqidçisi olan Donald Tramp Tayvan prezidenti ilə telefon söhbəti zamanı Amerikanın o ölkə ilə qeyri-rəsmi əlaqələrini nəzardən keçirəcəyini deməsi Çin rəsmilərinin qəzəbi ilə qarşılanıb. Tayvan 1949-cu ildən Çindən ayrıldığını bəyan edir.
Rəsmi Pekin Tək Çin siyasətinin dəyişdirilməsini regiona və ABŞ-la münasibətlərinə xələl gətirəcəyi barədə xəbərdarlıqla çıxış edir.
Son aylar bu, Çinə qarşı ikinci şikayətdir. Sentyabrda da ABŞ Çinin ticarət siyasətinə görə narahatlığını ifadə etmişdi.
Çinin Vaşinqtondakı səfirliyindən şərh almaq mümkün olmayıb.
Amerikanın hər iki partiyasının nümayəndələri Obama adminitsrasiyasının son səylərini təqdirəlayiq hesab edir.