Accessibility links

Çinin səhm bazarı yeni ilin ilk günləri çətinliklərlə qarşılaşıb [Video]


Çinin səhm bazarı yeni ilin ilk günləri çətinliklərlə qarşılaşıb
please wait

No media source currently available

0:00 0:02:06 0:00

2016-cı il dünyada maliyyə bazarları üçün çətinliklərlə başladı. Dünya boyu səhm birjasında aksiyaların dəyəri kəskin düşdü. Aksiyaların satışının başladığı Çində iqtisadi inkişafın yavaşıması ilə bağlı narahatlıqlar getdikcə daha da artır.

Şanxay və Şenzen şəhərlərində fond birjaları 2016-cı ilin ilk günü hissələrin satışlar zamanı 7 faiz düşməsindən sonra bağlandı.

Fond birjasında satışlar Çin hökumətinin “avtomatik düymə” adlandırılan mexanizmi ilk dəfə olaraq işə salmasına gətirib çıxardı. Bu, sövdələrin məhdudlaşdırılması ilə maliyyə bazarında qeyri-sabiltiyin qarşısının alınması üçü nəzərdə tutulub.

Mr. Ou: “Mən "avtomatik düymə" mexanizmin tərəfdarıyam. Lakin hökumət bunu ilk gün etdi. Onlar bazarı sınaqdan keçirmək istədi.”

Təhlilçi Con Driffil deyir ki, Mr. Ou kimi Çində çoxu təqaüdçü olan miliyonlarla investor bazarda belə dəyişkənliyə səbəb olur.

Prof. Con Driffil: “Çinin səhm bazarının əsas hissəsini çox sayda kiçik investor təşkil edir. Bu, panika və böhrana daha həssas yanaşan qrupdur. Onlar öz aralarında məlumatları, şayələri paylaşır və səhm bazarına qısa müddətli perspektivdən yanaşır. Onlar ömrü boyu yığdıqları əmanətlərin yalnız kiçik hissəsi ilə alver edir.”

Bu təlaş Avropa və ABŞ-da fond birjalarında faiz dərəcələrinin enməsi ilə müşayiət oldu.

Bu ilin sonu açıqlanacaq rəqəmlərin Çinin 2015-ci ildə iqtisadi inkişafın son 25 ildə ən zəif sürətlə getdiyini göstərəcəyi gözlənilir..

Driffill deyir ki, bu, Çinin öz iqtisadiyyatını balanslaşdırmasının təbii nəticəsidir.

Prof. Con Driffill: “Çin iqtisadiyyatının kəskin sıçrayışlar inkişafının müvəqqəti xarakter daşıdığı məlum idi. Çinin adambaşına real gəlirləri inkişaf etmiş ölkələrdəki kimi həqiqi rəqəmə yaxınlaşanda, iqtisadiyyatda da real inkişafdan danışmaq olar.”

Ekspertlər deyir ki, Səudiyyə Ərəbistanı və İran arasında əlaqələrin pisləşməsilə bağlı narahatlıqlar səhm bazarına da təsir göstərərək, neftin qiymətini də artıra bilər.

XS
SM
MD
LG