Accessibility links

Çin süni adalarda müdafiə sistemləri quraşdırır


ABŞ-da qərargahlanan araşdırma təşkilatı Çin ordusunun Cənubi Çin Dənizində yaratdığı süni adalarda təyyarə və raket əleyhinə müdafiə sistemləri quraşdırdığını bildirib. Bu, Çinin mübahisəli əraziyə döyüş təyyarələri yerləşdirməsinə başlanğıc ola bilər.

Riflərdə yeni silah sistemlərinin yerləşdirildiyə dair iddia Asiya Dəniz Şəffaflığı Təşəbbüsünün (AMTI) aylardır apardığı təhlilin nəticəsidir.

AMTI Çinin iyun və iyul ayından bəri uzun uçuş zolaqları quraşdırdığı Spratli arxipelaqındakı Fiery Cross, Mischief və Subi riflərində altıbucaqlı tikililərin inşasını izləyib.

Təhlilə əsasən, Fiery Cross rifinin şəkillərində həmçinin qüllələrdə hədəfləyən radarların yerləşdiriləcəyi göstərilir.

AMTI-nin direktoru Qreqori Polinq Amerikanın Səsinə müsahibədə bildirib ki, bu şəkillər Pekinin mümkün hərbi münaqişəyə hazırlıq olaraq bu adaları silahlandırıdığının sübutudur.

ABŞ-ın növbəti prezidenti Donlad Trampın administrasiyası Çinin mübahisəli sularla bağlı iddialarına qarşı daha sərt yanaşma tətbiq etmək niyyətinə dair işarələr edib.

XS
SM
MD
LG