Accessibility links

Çinli tələbələr ABŞ əleyhinə casusluğa məcbur edilir


ABŞ-da çinli universitet tələbələrinin sayı Pekinin Vaşinqton və onun müttəfiqlərinə qarşı casusluq müharibəsi ilə bağlı təzyiqlərinin artması ilə azalmağa başlayıb.

Bu iddia ABŞ qanunvericisi tərəfindən səslənib.

Mark Uorner
Mark Uorner

“Ölkəmizdəki əks-kəşfiyyat məsələlərinə indi çinlilər də qarışmaqdadır” - deyə, Senatın Kəşfiyyat Komitəsinin sərd müavini, demokrat Mark Uorner bildirib.

“Çinin kəşfiyyat xidmətləri sözün əsl mənasinda ailələri təhdid edir. Onlar əgər sizin oğul və ya qızının ABŞ-dan intellektual əmlakla geri dönməsə, siz və ailəniz problemlərlə üzləşəcək kimi xəbərdarlıq alır” - deyə, Uorner sözünə davam edib.

Uorner çinli tələbələrlə bağlı narahatlığını ifadə edən ilk nümayəndə deyil.

Ötən aprel ayında Federal Kəşfiyyat Bürosunun (FBİ) direktoru Krisofer Rey Çinin kəşfiyyat xidmətlərinin “sosial yanaşma” ilə ABŞ-dakı çinli tələbələrdən texnoloji inkişaflar əldə edilməsini tələb etdiyini bildirib.

“Tədris sisteminin daha da təşkmilləşdirilərək, digərlərinin araşdırma mühitini neçə istismar etdiyindən xəbərdar olmasına ehtiyac var”, Rey o zaman demişdi.

2017-2018-ci tədris illərində Amerikada 360 mindən artıq çinli tələbə təhsil alıb.

Uorner çinli tələbələrin universitetlərin əsas gəlir mənbəyi olduğunu da əlavə edib.

ABŞ rəsmiləri tədris ocaqlarının həm tələbələrin, həm də Çinin səylərinin təhlükələrindən xəbərdar olduğunu bildirir.

Çinli tələbələrin ABŞ-a viza almaları da mürəkkəbləşdirilib.

Ötən il ABŞ Dövlət Departamenti çinli tələbələrin ABŞ-da qalmaq müddətinə məhdudiyyət tətbiq edib, robot, aviasiya və istehsal sahələrini əhatə edən viza müddətini 5 ildən 1 ilə endirib.

Çin rəsmiləri vizaların mürəkkəbləşdirilməsinin 13.5 faiz çinli tələbənin ABŞ-da təhsilinin qarşısını aldığını deyir.

XS
SM
MD
LG