Accessibility links

Çin gəmiləri Tokionun nəzarətində olan mübahisəli adalara yaxınlaşıb


Asiyanın iki nəhəng dövləti arasında ərazi mübahisələrinin qızışdığı vaxt Yaponiya Çin hökumətinə məxsus dörd gəminin Şərqi Çin dənizində Tokionun nəzarətində olan adaların sahil sularına yaxınlaşdığını bildirib.

Yaponiya Sahil Mühafizə Xidməti Çinin nəzarət gəmilərinin adanın 22 kilometrlik ərazisində bir neçə saat qaldıqlarını bildirib. Sahil Mühafizə Xidməti Yaponiyanın iddia etdiyi əraziyə son üç həftə ərzində ilk dəfə Çin gəmilərinin daxil olduğunu bildirib.

Bu hadisə Yaponiya Xarici İşlər Nazirliyinin kəskin etirazı ilə qarşılanıb. Çinin Xarici İşlər Nazirliyi cavab açıqlaması ilə gəmilərin “ölkənin suverenliyini mühafizə etmək üçün adi qaydada patrul nəzarəti keçirdiklərini bildirib.

Keçən həftə tərəflər zəngin balıqçılıq və potensial enerji yataqlarının mövcud olduğu adalarla bağlı mübahisələri həll etmək üçün Şanxayda bağlı qapılar arxasında danışıqlar aparıb.
XS
SM
MD
LG