Accessibility links

Cina Haspel and içərək, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsinə başlayıb


Cina Haspel and içərək, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) rəhbəri vəzifəsinə başlayıb.

Andiçmə mərasiminə prezident Donald Tramp da qatılıb.

Tramp onu "ölkəsinə misilsiz təcrübə və sədaqətlə xidmət edən xüsusi şəxs" adlandırıb.

ABŞ Senatı agentlikdə keçmiş fəaliyyəti zamanı qəddar dindirmə metodlarını tətbiq etməsinə baxmayaraq Cina Haspeli Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru vəzifəsinə təsdiq edib.

100 mandatlı Senatda Haspelin direktorluğunun leyhinə 54, əleyhinə 45 senator səs verib. Səsvermə zamanı 6 demokrat senator da respublikaçılara dəstək verib.

MKA-da 33 illik staja malik veteran bu agentliyin ilk qadın direktoru olur. O, indiyədək MKİ-nin direktor əvəzi vəszifəsini icra edirdi.

Haspel Mayk Pompeonu əvəz edir. Pompeo ötən ay ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib.

2002-ci ildə 2001-ci ilin 11 sentyabr terror hücumundan dərhal sonra Haspel Taylanddakı məxfi saxlama mərkəzinə rəhbərlik edib.

Həmin vaxtlarda CİA “su ilə işgəncə” də daxil olmaqla, sərt dindirmə metodlarından istifadə edirdi.

Mayın 9-da Senatda keçirilən ilk dinləmədə Cina Haspel Mərkəzi Kəşfiyyat Agentliyinin bir daha belə metodlardan istifadə etməyəcəyini bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG