Accessibility links

Ağ Ev Cina Haspelin CIA direktoru vəzifəsinə namizədliyini müdafiə edir


Hal-hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru əvəzi Cina Haspelin idarənin direktoru vəzifəsinə təsdiq edilməsi üçün dinləmələr ərəfəsində Ağ Ev onun bu vəzifə üçün ən yaxşı namizəd olduğunu bildirir.

61 yaşlı kəşfiyyat agentliyi veteranı keçən həftə öz namizədliyini geri götürülməsi təklifini verib. Buna səbəb terror şübhəlilərinin dindirilməsi zamanı qəddarlığa yol verilməsində Haspelin rolu ilə bağlı yaranan narahatlıqlar olduğu bildirilirdi. Lakin administrasiya rəsmilərini verdiyi məlumata görə, Trampın Haspel ilə bağlı mövqeyi qətidir.

Haspel dinləmələrdən öncə, bəzi senatorlarla görüşərək, təsdiq edildiyi halda sərt dindirilmə texnikalarına qarşı olacağını bildirib.

Haspelin CIA direktoru vəzifəsinə təsdiqi ilə bağlı dinləmələr çərşənbə günü başlayacaq. Təsdiq edilsə, Haspel kəşfiyyat agentliyinə rəhbərlik edən ilk qadın olacaq. Bu vəzifəni daha öncə hazırkı dövlət katibi Mayk Pompeo tuturdu.

XS
SM
MD
LG