Accessibility links

Prokurorluq Qarabağa səfər edən Türkiyə vətəndaşlarına cinayət işi qaldırıb


Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları
Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları

Azərbaycanda işğal edilmiş ərazilərinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşına qarşı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Mənbənin məlumatına görə, sentyabrın 22-də Ufuk Uras, Əli Bayramoğlu, Səid Çekinoğlu və Erol Qatırçıoğlu erməni tərəfi ilə əlbir olaraq Azərbaycan hakimiyyətinin razılığı olmadan qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi CM-in 318.2-ci maddəsilə (Azərbaycanın dövlət sərhəddini qanunsuz keçmə) cinayət işi qaldırıb.

Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib. Onların barəsində dövlətlərarası axtarış elan edilib.

Onların tutulması və istintaqa cəlb edilməsi üçün Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət göndərilib.

Xatırladaq ki, sözügedən şəxslər Qarabağda rəsmi şəxslərlə görüşüb.

Türkiyə Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar hələlik vəziyyəti şərh etməyib.

XS
SM
MD
LG