Accessibility links

Apellyasiya məhkəməsi intihar etmiş polkovnikin əmlakını geri qaytarmayıb


İlqar Əliyev
İlqar Əliyev

Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin intihar etmiş rəis müavini, polkovnik İlqar Əliyevə və ailə üzvlərinə məxsus olan əmlakların geri qaytarılması barədə verilən apellyasiya şikayətini təmin etməyib. Məhkəməyə hakim Sahibxan Mirzəyev sədrlik edib.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində həbs olunanlar arasında nazirliyin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev də olub. O həbsindən iki ay sonra – dekabrın 22-də saxlandığı 1 saylı Bakı istintaq təcridxanasında özünü asaraq intihar edib.

İ.Əliyevin bir xeyli əmlakının da üzərinə həbs qoyulub. MTN polkovnikinin ölümü ilə əlaqədar onun barəsində cinayət işinə xitam verilsə də, əmlakları üzərindən həbs götürülməyib. 2017-ci ilin avqustunda Bakı Hərbi Məhkəməsi üzərində həbs olan əmlakların müsadirə olunması haqda qərar verib.

Hər iki məhkəmə instansiyası hesab edir ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub.

İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakların üzərinə həbs qoyulub.

İ.Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Nazirliyin bir sıra vəzifəli şəxsləri həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, hədə-qorxu ilə tələb etmədə və digər əməllərdə təqsirli bilinərək barələrində müxtəlif müddətli həbs qərarları çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG