Accessibility links

Çində torpaq sürüşməsi nəticəsində 702 adam həlak olub


Fəlakətli palçıq sürüşməsindən 50 saat sonra xilas dəsdələri 52 yaşlı kişini dağıntlar altından çıxararıblar. Xilaskarlar 74 yaşlı qadını dünən dörd mərtəbəli binadan sağ çıxarmışdılar. Lakin daha çox insanı xilas etmək ümidləri azalır

Çin rəsmiləri bildirib ki, şimal-qərbi Çində dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı bu gün 702-yə çatıb. 1000-dən çox insan itkin düşüb. Xilas dəsdələri palçığı qazmaqda davam edirlər. Bəziləri əlləri ilə palçığı qazaraq şənbə günü axşam və bazar günü səhər insanların yatan vaxtı ucqar regionda torpaq sürüşməsi nəticəsində sağ qalanları axtarmağa davam edirlər. Fəlakətli palçıq sürüşməsindən 50 saat sonra xilas dəsdələri 52 yaşlı kişini dağıntlar altından çıxararıblar. Xilaskarlar 74 yaşlı qadını dünən dörd mərtəbəli binadan sağ çıxarmışdılar. Lakin daha çox insanı xilas etmək ümidləri azalır. Xilas dəsdələri dünən onlarla cəsədi qatı palçığın altından çıxarıblar. Güclü yağışların səbəb olduğu torpaq sürüşməsi tonlarla palçıq və qayanı dik təpəliklərdən uçurub. Qansu vilayətinin Zoqu rayonundakı bəzi kəndlərin tamamı bütövlükdə torpağın altında qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG