Accessibility links

Çində xilasedicilər zəlzələdən sonra sağ qalanları tapmağa çalışırlar


Xilasetmə dəstələri keçən həftə Çinin qərbində baş verən güclü zəlzələdən sonra sağ qalanları tapmağa çalışırlar

Xilasetmə dəstələri keçən həftə Çinin qərbində baş verən güclü zəlzələdən sonra sağ qalanları tapmağa çalışırlar. Ölkənin qərbində baş verən zəlzələ 617 nəfərin ölümü və minlərlə adamın evsiz qalması ilə nəticələnmişdir. Çərşənbə axşamı baş verən 6,9 bal gücündə zəlzələ 9 min artıq nəfərin yaralanması, 313 insanın itkin düşməsi, binaların və yolların dağılması, Tibetlə həmsərhəd Çinqay vilayətində rabitə və eletrik xətlərinin kəsilməsinə səbəb olmuşdur. Zəlzələnin bir 6.3 bal gücünə çatmaqla bir sıra yer titrəyişləri baş vermişdir. Zəlzələnin episenteri cənubi Qinqay vilayətində yerləşən Tibetin Yuşi dairəsində yerləşir. Məktəb binalarının dağılması nəticəsində şagirdlər dağıntı altında qalmışdır. Çinin Şinhua rəsmi xəbər agentliyinin verdiyi məlumata görə 66 şagird və 10 müəllim ölmüşdür. Rəsmi Pekin 5000 əsgəri, tibbi yardım işçilərini və digər işçi heyətləri əraziyə göndərmiş, yerli rəsmilər isə 5000 çadır və 100 min palto və ədyalı soyuqda küçələrdə qalan insanlara paylamışdır.

Fövqəlada hallar resmisi bildirib ki, zəlzələ olan ərazidə yaşayan 100 min sakini tibbi yardım, qida və sığınacaqla təmin etmək öncəliklər sirasındadır.

XS
SM
MD
LG