Accessibility links

Çində Britaniya çayına tələbat artır


Ci Mengyu rahat bir stulda oturub stəkana dəyən qaşıqların və yüngül söhbətlərin səsi altında bir fincan çay içir. Zəngin Viktoriya stili ilə bəzədilmiş çay salonu tipik Britaniya stilində olsa da Pekində yerləşir.

İnsan resursları şöbəsinin 25 yaşlı işçisi olan Ci ölkələrinin qədim çay mədəniyyətini geridə qoyub idxal edilmiş Britaniya qarışıqlarına üstünlük verən gənc çinlilərdən biridir. Ci üçün çay dəbdəbə və keyfiyyət deməkdir və ona televiziya şouları və moda brendləri vasitəsilə bütün dünyada populyarlaşan möhtəşəm Britaniya mədəniyyəti ilə təmas qurmaq imkanı yaradır.

"Məncə, Britaniya xalqının ənənəvi adətləri və mədəniyyəti klassik stildədir, deyə Downtown Abbey kimi televiziya şoularından ilham alan Ci bildirir.

Üç əsr boyunca Asiya və Afrika ölkələri hər il milyonlarla funt dəyərində qurudulmuş çay yarpağı ixrac edərək, britaniyalıların çaya olan həvəsini təmin ediblər.

Indi isə bu trend bir az dəyişir. Əsasən də Çin və Honq Konqda Britaniya qarışıqlarına olan tələbat artır. Bu Britaniya qarışıqlarının bəziləri hətta Çində yetişdirlən çay yarpaqlarından hazırlanır və bu dadların qloballaşmasının ticarətdə nə cür dəyişikliklərə səbəb ola biləcəyini göstərir.

Twinnings, Taylors of HarrogateHudson & Middleton kimi məşhur Britaniya şirkətlərinin dəbdəbəli çay qarışıqları Çin supermarketlərinin rəflərində, restoran menyularında və onlayn mağazalarında daha çox yer alır.

Çinin böyük şəhərlərində Britaniyanın "afternoon" (gündüz) çay növünü təklif edən çay evlərinin sayı artıb. Beş il öncə Annvita English Tea Company Çin boyu on çay evini idarə edirdi və bu çay evlərində idxal olunan qarışıqlar və Britaniya çay evlərində satılan şirnilər təklif olunurdu. Bu çay evlərinin sayı isə artıq on qat artıb və artmaqda davam edir.

“Bu, daha yüksək keyfiyyətli həyat tərzi sürmək istəyən insanların zövqünə uyğundur,” deyə Pekində AnnVita English Tea House çay evinin baş meneceri Li Qunlu bildirir.

Nəticədə yüksək keyfiyyətli qarışıqlar satan Britaniya çay şirkətlərinin Çin və Honq Konqa ixracatları artıb.

Birləşmiş Krallığın mədaxil və rüsum idarəsinin məlumatına əsasən, 2016-cı ilin ilk beş ayında Britaniyadan Honq Konqa çay ixracatının dəyəri iki il öncə ilə müqayisədə təxminən üç, Çinə isə ikiqat artıb.

Çin və Honq Konqa göndərilən yük Britaniyanın çay ixracatının sadəcə 7 faizini təşkil edir, amma bu rəqəm getdikcə artır.

Bu ixracatların çoxu İngiltərənin şimalında yerləşən Taylors of Harrogate şirkətinin yarandığı Harroqeyt adlı kiçik şəhərdən gəlir. Dörd nəsildir bir ailəyə məxsus bu şirkət 10 ildən çoxdur Çinə çay satır. Son üç ildə satışların həcmi hər il iki qat artıb.

“Çin bütün dünyada çayların təxminən yarısını istehsal edir."

Çay ilk olaraq Çində yetişdirilib və minillər boyu Çin mədəniyyətinin əsas hissəsi olub. Britanyaya çayın 17-ci əsrdə gətirilməsinə baxmayaraq, o, yerli insanların zövqünə uyğunlaşdırılıb.

Hər gün Harroqeytə dequstatorların dadına baxması üçün minlərlə çay nümunələri gətirilir. Şirkətin imicinin əsasında duran dadların əldə edə edilməsi üçün dequstatorlar ən münasib qarışığı seçirlər. Çinli müştərilər əsasən Taylors of Harrogate-in Earl GreyEnglish Breakfast çayından alırlar.

Biz istehlakçı davranışını anlamaq üçün zaman və resurslar sərf etdik və belə bir nəticə ilə qarşılaşdıq ki, Taylors of Harrogate brendinə tələbatı və gəlirləri yüksək olan çox sayda çinli istehlakçı var

“Biz istehlakçı davranışını anlamaq üçün zaman və resurslar sərf etdik və belə bir nəticə ilə qarşılaşdıq ki, Taylors of Harrogate brendinə tələbatı və gəlirləri yüksək olan çox sayda çinli istehlakçı var,” deyə Deyvis bildirir.

Tələbat əsasən Çinin zəngin orta sinif nümayəndələri arasında artır. Təhlilçilərin fikrincə, buna səbəb televiziya şoularında Britaniyanın yüksək təbəqəsinin təsvir olunması, Britaniya kral ailəsi ilə bağlı xəbərlər və romanlardır.

Britaniyadan idxal olunan çayın populyarlığına başqa bir səbəb isə Çin və Honq Konqda ərzaq məhsulları ilə bağlı baş verən qalmaqallardır.

Greenpeace təşkilatı və hökümətin apardığı araşdırmalar nəticəsində ən məşhur çay brendləri daxil olmaqla, bəzi çaylarda yüksək səviyyədə pestisidlər və zəhərli torpaq aşkar edilib. İdxal olunan Britaniya çay brendləri daha təhlükəsiz və daha keyfiyyəli hesab olunur.

Bazar araşdırma şirkəti Frost & Sullivan-ın verdiyi məlumata əsasən, paradoksal olaraq Çin və Honq Konqda satılan bəzi Britaniya çayları ilk olaraq Çində yetişdirilib. Lakin bu, oradakı Britaniya ixracatlarının çox kiçik hissəsini, təxminən 3 faizini təşkil edir.

Britaniya çay istehsalçıları çay yarpaqlarını əsasən Afrika və Hindistandan idxal edir. Orada Britaniya çay qarışıqlarına tələbat iqtisadi və mədəni səbəblərə görə o qədər də artmayıb.

Çin iqtisadiyyatının son zamanlar zəifləməsinə baxmayaraq, Taylors of Harrogate-lə yanaşı bir çox digər şirkət və sənaye ekspertləri ölkə istehlakçıları barədə nikbin fikirdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG