Çin rəsmilərinin verdiyi məlumata görə, ölkənin cənub-qərb vilayəti olan Siçuanda yerləşən kimyəvi plantasiyadan baş verən partlayış nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Cümə axşamı Yibin Hengda adlı texnologiya şirkətində baş vermiş partlayışdan sonra əmələ gələn yanğın bütün binanın dağılmasına səbəb olub.
Yibin şəhərində yerləşən Henqda plantasiyası ərzaq və əczaçılıq sənayesi üçün kimyəvi maddələr istehsal edirlər.
Partlayışın səbəbi hələlik məlum deyil.
Son zamanlar Çinin kömür mədənləri və kimya zavodlarında baş vermiş oxşar hadisələrdən sonra ölkə sənaye təhlükəsizliyini gücləndirmək planları üzərində çalışır.