Accessibility links

Çində Qış Balıqçılıq Festivalı [Video]


Çində Qış Balıqçılıq Festivalı
please wait

No media source currently available

0:00 0:01:06 0:00

Şimal-şərqi Çində balıqçılar qalın buz qatı ilə örtülmüş gölün üzərində bu il keçirilən qış balıqçılıq festivalında iştirak edirlər. Bu hər il keçirilən qədim ənənədir. Son zamanlarda isə bu ənənə qida mənbəyi olmaqla yanaşı, beynəlxalq idman növünə çevrilib.

Çində balıqçılar min ildir keçirilən qış balıqçılıq festivalında iştirak etmək üçün donmuş gölün üzərinə toplaşıb.

Gölə baxanda görürük ki, mən torumu saldığım yerdə su daha dərindir və orada daha çox köpük var. Bu isə onu göstərir ki, həmin yerdə çoxlu balıq var.
Li Keven

Atəş mərasimi buzun altında üzən balıqları tutmaq üçün uğurlu hesab edilir.

Balıqçılar deyir ki, böyük 3 min metrlik toru gölə salmaq üçün doğru yeri seçmək çox vacibdir.

“Gölə baxanda görürük ki, mən torumu saldığım yerdə su daha dərindir və orada daha çox köpük var. Bu isə onu göstərir ki, həmin yerdə çoxlu balıq var,” balıqçı Li Keven söyləyir.

Bir neçə saat sonra balıqçılar torlarını sıxıb, 100 kiloqramlıq balığı suyun üzərinə çıxarır.

Ziyarətçilər balıqçıların balıqları tordan çıxarmasını izləyir.

“Mən restoran sahibiyəm. Mən burada yaxşı balıqlar seçirəm. Biz bilirik ki, Lianhuan Gölünün balıqları gözəl olur. Festivalın ilk günündə bir çox müştəri restoranda əvvəlcədən balıq sifariş verdi. Mən burada balıqları seçib, alandan sonra restorana dönüb, onları həmin dəqiqə bişirməyə başlayacam,” deyə Han Lenq bildirir.

Göldə tutulan balıqlar şüşə məkanda saxlanılır. Bu şimal-şərq regionunun balıqçıları isə deyir ki, onlar yanvar ayının ortalarına qədər bu göldə balıq tutmağa davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG