Accessibility links

Çində torpaq sürüşməsi baş verib


Şənbə günü Çinin cənub-qərbində baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox insanın torpaq və qayalarla örtülən evlərdə ilişib-qaldığı ehtimal olunur.

Mao qraflığı hökümətindən verilən məlumata görə, səhər saat 6 radələrində baş verən torpaq sürüşməsi nəticəsində 40 ev və bir otel uçqunun altında qalıb.

Əyalət rəsmiləri deyir ki, 141 nəfər itkin düşün, 1,6 kilometrlik yol isə bağlanıb.

Rəsmi Sichuan Daily qəzetinin verdiyi məlumata görə, xilasetmə işçiləri uçqunun altından üç nəfəri çıxarıb. Onların ikisi sağ qalıb.

Uçqun çayın 2 kilometrlik bir hissəsini bağlayıb. Yerli xilasetmə rəsmisi Vanq Yonqbo CCTV kanalına deyib ki, dağdan təxminən 3 milyon kub metr həcmində torpaq və qaya tökülüb.

Hadisə yerində çəkilən şəkillərdə ərazinin torpaq və böyük daşlarla örtüldüyü göstərilir.

Xilasetmə işlərinə polis daxil olmaqla 400-dən çox işçi cəlb olnub. CCTV-nin yaydığı video görüntülərdə xilasetmə işçilərinin ekskavatordan, eləcə də böyük daşları çəkmək üçün kəndirlərdən istifadə etdiyi göstərilir.

Yağış davam edəcək

CCTV-yə danışamn metereoloq deyib ki, ərazidə yüngül yağışlar yağır və bu yağışlar bir neçə gün davam edəcək.

Dövlət vebsaytında verilən məlumata görə, Mao qraflığında 110 min insan yaşayır. Sakinlərin əksəriyyəti Qianq etnik azlığına mənsubdur.

Kəndə çox sayda turist gəlir. Torpaq sürüşməsi nəticəsində uçqunun altında turistlərin qalıb-qalmadığı hələ ki, məlum deyil.

XS
SM
MD
LG