Accessibility links

Xarici mətbuat nümayəndələri Çində təhdidlərə məruz qalır


Bununla əlaqədar Çin Xarici Mətbuat Nümayəndələri Klubu bəyanatla çıxış edib

Bir qrup xarici mətbuat assosiasiyaları son günlərdə Çində çalışan beynəlxalq mətbuat nümayəndələrinə qarşı bir sıra təhdidlərə, təcavüz və döyülmə halarına qarşı narazılıqlarını bildirirlər.

Çərşənbə axşamı Çin Xarici Mətbuat Nümayəndələri Klubu (ÇXMNK) bəyanatla çıxış edərək bu insidentlərin xarakterinin və tez-tez baş verməsi hallarının onları narahat etdiyini deyərək, bəzi hallarda hadisələrə dövlət təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu qeyd ediblər.

Bir neçə xarici mətbuat nümayəndələri iyul ayından avqust ayının ortalarınadək müxtəlif yerlərdə keçirilmiş dörd müxtəlif tədbirlərdə təhqir olunduqlarını, texnikanın müsadirə olunduğunu və zorla həbs olunduqlarını bildiriblər.

Pekində qərargahlanan ÇXMNK, Honq Konq və Şanxayda yerləşən oxşar təşkilatlarla bərabər Çində sadəcə olaraq peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə ciddi fiziki xətərin "açıq-aşkar risk" təşkil etdiyini bildiriblər.
XS
SM
MD
LG