Accessibility links

Çinin sabiq rəsmiləri ölkədə söz azadlığına hörmət olunmasına çağırıb


Çinin sabiq rəsmiləri ölkədə söz azadlığına hörmət olunmasına çağırıb
Çinin sabiq rəsmiləri ölkədə söz azadlığına hörmət olunmasına çağırıb

Çin parlamentinə açıq məktubda qrup bildirib ki, Kommunist partiyasının tətbiq etdiyi qaydalar belə hüquqları rədd edir

Bir qrup təqaüdə çıxmış Çin rəsmiləri hökumətdən mətbuata qoyulan senzuranı ləğv etməyə və söz azadlığına daha çox hörmət etməyə çağırıb. Çin parlamentinə açıq məktubda qrup bildirib ki, Çin Konstitusiyasının toplaşmaq və söz azadlığını müdafiə etməsinə baxmayaraq, Kommunist partiyasının tətbiq etdiyi qaydalar və Çin hökuməti belə hüquqları rədd edir. Məktub Mao Cedunun sabiq katibi Li Rui və başqa 22 Kommunist Partiyası veteranı tərəfindən imzalanıb. İmza atanlar arasında bir çox dövlət mətbuatının keçmiş redaktorları və direktorları var. Məktuba imza atanlardan biri Çin Universitetinin sabiq prezidenti Ciand Pinq bildirib ki, Çində siyasi islahatlar aparılmır və ölkədə hələ də söz azadlığına məhdudiyyətlər tətbiq olunur.

XS
SM
MD
LG