Accessibility links

Çinin təhsil ocaqlarında zorakılıqlar davam edir


Mart ayından bəri artıq 6 hadisə qeydə alınıb

Çinin dövlət mediasının açıqladığı məlumata əsasən ölkənin cənubundakı Haikou şəhərindəki Haynan Elm və Texnologiya İnstitutuna bu gün bıçaqlarla silahlanmış yerli gənclər tərəfindən edilən hücum zamanı azı 9 tələbə yaralanıb. Medianın yaydığı məlumatda deyilir ki, gənclər arasında bundan əvvəl mübahisə baş vermişdir. Bu, son zamanlar təhsil ocaqlarında baş verən ilk insident deyil. Mart ayından bəri artıq 6 belə hadisə qeydə alınıb ki, onlardan bəziləri ölümlə nəticələnmişdir.

XS
SM
MD
LG